Menyu

Bakıda köhnə qaraj niyə 55 min manata satılır? - FOTO

Nərmin Qocamanlı
Bakıda köhnə qaraj niyə 55 min manata satılır?  - FOTO

Paytaxt ərazisində olan əksər köhnə tikili binaların həyətində dəmir konstruksiyalı qarajlar var. İllər əvvəl həyətlərdə yerləşdirilən bu qarajlar vətəndaşlara ev alan zaman müəyyən məbləğ qarşısında satılıb. Hazırda elan saytlarında 35, 45 hətta 55 min manata da satışa çıxarılan köhnə qarajları görmək mümkündür.

“Operativ Media”ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, köhnə binaların həyətində olan qarajların qiyməti kifayət qədər bahadır. Əksəriyyətinin isə sənədi yoxdur:

“Sovet dövründən qalma qarajlar bu gün də geniş istifadə olunur. Şəhərdə parklanma qiymətlərinin baha olması son dövrlər bu qarajlara tələbatı artırıb. Yeni tikilələrdə də qarajlar pulla satılır. Amma, daha çox anbar məqsədi ilə alınır. Şəhər mərkəzinə yaxın olan yerlərdəki marketlər, mağazalar və digər iaşə obyektləri qarajları alaraq satdıqları məhsulu orda saxlayırlar. Xüsusilə 28 may, Nərimanov, Gənclik, Elmlər akademiyası metrostansiyalarının yaxınlığında olan qarajlar icarə üçün daha çox əlverişlidir. Hətta bəzən vətəndaşlar bu qarajları daş divarla yenidən tikərək daha çoxşaxəli məqsədlər üçün istifadə edirlər”

Ekspertin sözlərinə görə, belə qarajların çıxarışı yoxdur. Buna görə də, alqı-satqı predmeti hesab edilə bilməz:

“Alan da var, satan da var. Amma ortada sənəd yoxdur. Qiymətləri ortalama 10 min manatdan başlayır. Nərimanov, Səbail, Yasamal rayonlarının metroya yaxın hissələrində qiymət 20-55 min manat arası dəyişir. Qiymət əsasən yerləşmə yerinə və təyinatına görə müəyyən edilir. Bəziləri qarajı moyka və ya ofisə çevirib. Belə olan halda isə qiymət daha da artır. İcarə qiyməti isə 500 manatdan 1500 manata qədər dəyişir”

Teqlər:

"Bak\u0131da k\u00f6hn\u0259 qaraj niy\u0259 55 min manata sat\u0131l\u0131r? - FOTO"

Fotogalereya

Əlaqəli Xəbərlər