http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yasamalda Həsən Məcidov küçəsində aparılan təmir işləri başa çatıb

04 Aprel 2024 , 16:04
Yasamalda Həsən Məcidov küçəsində aparılan təmir işləri başa çatıb

Yasamal rayonunda Həsən Məcidov küçəsinin bir hissəsində (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) aparılan təmir işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Operativ Media"ya bildirilib ki, sözügedən hissənin uzunluğu 330 metr, ortalama eni 12-15 metr təşkil edir.

Təmir çərçivəsində küçəboyu 360 p/m yeni səki daşları düzülüb, köhnə səki daşları bərpa olunub, ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.

Bu işlərə paralel olaraq küçəboyu yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib.

Son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. Yaxın günlərdə küçədə piyada zolaqlarının və istiqamətverici oxların çəkilməsi işləri də icra olunacaq.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu