Menyu

Bakıda 3 evdən qiymətli antik əşyalar və 30 min manatlıq qızıl oğurlanıb

Nərmin Qocamanlı
Bakıda 3 evdən qiymətli antik əşyalar və 30 min manatlıq qızıl oğurlanıb

Paytaxtın Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər 3 vətəndaşın evindən 30.000 manat dəyərində qızıl-zinət, 2 ədəd mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Səbail RPİ 41-ci Polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərilə hadisələri törədən, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev saxlanılıblar. Onlar dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını, günlərlə mənzil sahiblərini izləyərək axşam saat 19:00-22:00 aralığında onların mənzildə olmadıqlarını müəyyənləşdirib əmin olduqdan sonra oğurluq etdiklərini bildiriblər.

T.Abbaslı və S.Hacıyevin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. 

Teqlər:

"Bak\u0131da 3 evd\u0259n qiym\u0259tli antik \u0259\u015fyalar v\u0259 30 min manatl\u0131q q\u0131z\u0131l o\u011furlan\u0131b"

Əlaqəli Xəbərlər