Menyu

Ağsuda xeyli silah-sursat aşkar edilib

Nərmin Qocamanlı
Ağsuda xeyli silah-sursat aşkar edilib
1 dəq oxu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd qumbara, 346 ədəd patron, 2 ədəd avtomat  darağı və 1 ədəd yivli “TOZ-8” markalı tüfəng aşkar olunub. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, profilaktik tədbirlər zamanı isə vətəndaşlar müvafiq sənədləri olmayan 7 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Fotogalereya

Əlaqəli Xəbərlər