Menyu

Səbail rayonunda qanunsuz tikili sökülüb

Nərmin Qocamanlı
Səbail rayonunda qanunsuz tikili sökülüb
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Bakı şəhəri, Səbail rayonu ərazisində qeyri-yaşayış obyektinin qanunsuz tikintisinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Əlaqəli Xəbərlər