05 Aprel 2024, 17:47
ƏƏSMN: 127 repatriantla sosial reabilitasiya işi aparılır
ƏƏSMN: 127 repatriantla sosial reabilitasiya işi aparılır şəkil
ƏƏSMN: 127 repatriantla sosial reabilitasiya işi aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən hazırda 127 repatriantla sosial reabilitasiya işi aparılır.

Bu barədə "Operativ Media"ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir:

"Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir. Ümumilikdə isə son illərdə Agentlik ölkəmizə repatriasiya edilmiş 514 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib".

Xatırladaq ki, repatriant dedikdə, könüllü və ya məcburi şəkildə vətəninə, mənşəcə olduğu yerə, yaxud vətəndaşlığı olduğu ölkəyə qayıdan şəxs nəzərdə tutulur.

Son xəbərlər
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı