Menyu

NİİM xəbərdarlıq edib

Nərmin Qocamanlı
NİİM xəbərdarlıq edib
1 dəq oxu

Naməlum şəxs və ya şəxslər Bibiheybət yolu, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısında yerləşən 1 ədəd piyada svetoforunun düyməsini sındırıblar.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Operativ Media"ya verilən məlumata görə, nəticədə də svetofor işləmədiyindən piyadalar yolu keçməkdə çətinlik çəkirlər. Problemin qısa zaman ərzində həll edilməsi üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi xatırladır ki, dövlət əmlakının qəsdən məhv edilməsi və zədələnməsi müvafiq olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır.

Əlaqəli Xəbərlər