http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"

09 Aprel 2024 , 10:29
Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"

"Şükür bugünə artıq Ağdam tikilir, qurulur, yollar çəkilir. Bu gün Ağdamda böyük bir Muğam Mərkəzi tikilir. Çox sevindirici haldır. Ağdam hər zaman Qarabağın bir mədəniyyət mərkəzi rolunu oynayıb. Əlbəttə arzularımız böyükdür. Mən düşünürəm ki, inşallah Ağdamımızda Milli Konservatoriyamızın filialı açılacaq", - "Operativ Media" xəbər verir ki, bu fikirləri xanəndə, Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimov deyib.

Tezliklə Ağdama da Böyük Qayıdışın başlanacağını qeyd edən Mənsum İbrahimov orada yenidən həyatın qaynayacağına, insanların rifahının yüksələcəyinəi və onların Qarabağda əbədi yaşacaqlarını inamını ifadə edib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.
 

OXŞAR XƏBƏRLƏR
Bu il Xarıbülbül festivalı keçiriləcək?

Bu il Xarıbülbül festivalı keçiriləcək?

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib

Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib

XƏBƏR LENTİ
  • 11:07

    NİİM Bakıdakı qəzanın görüntülərini yaydı-Video
    NİİM Bakıdakı qəzanın görüntülərini yaydı-Video
  • 11:04

    Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək
  • 10:52

    "Panatinaikos" Fatih Tərimlə yolları ayıra bilər
  • 10:41

    Nərimanovda mağazadan 700 manatlıq ət oğurlanıb
  • 10:36

    Bloomberg: ABŞ Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan etməyi düşünür
  • 10:35

    Prezident Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
    Prezident Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
  • 10:31

    Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Böyük Britaniyaya səfərə gedib
  • 10:28

    Əfqanıstanda silahlı şəxslər məsciddə insanlara atəş açıb
Menyu