Menyu

Bakının 2 rayonunda internet və rabitə xətlərini oğurlayanlar saxlanılıblar

Nərmin Qocamanlı
Bakının 2 rayonunda internet və rabitə xətlərini oğurlayanlar saxlanılıblar

Paytaxtın iki rayonunda rabitə xətlərinə ziyan vurulması və oğurlanması barədə polisə məlumatlar daxil olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində rabitə kabellərini kəsərək oğurlamaqda şübhəli bilinən Elmir Mirzəyev saxlanılıb. 

Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisindəki telefon qovşağı dirəklərində quraşdırılan rabitə kabellərinin də oğurlanması barədə polisə məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən Ramil Cəfərov Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla saxlanılanların əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib.

Arşadırmalar davam etdirilir.

Teqlər:

"Bak\u0131n\u0131n 2 rayonunda internet v\u0259 rabit\u0259 x\u0259tl\u0259rini o\u011furlayanlar saxlan\u0131l\u0131blar"

Əlaqəli Xəbərlər