Menyu

Binə qəsəbəsində üzərində “Makarov” gəzdirən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Binə qəsəbəsində üzərində “Makarov” gəzdirən şəxs saxlanılıb
1 dəq oxu

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, cari ilin 1-ci rübündə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarının əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 42 əməliyyat keçirilib. Qanunsuz dövriyyədən 5 kiloqrama yaxın narkotik vasitə çıxarılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər