Lənkəranda 2 nəfər dəm qazından boğularaq ölüb
Nərmin Qocamanlı
Aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Lənkəran rayon prokurorluğu məlumat yayıb.
İlkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net