Menyu

AZAL Bakıdan Sofiyaya bilet satışına başlayıb

Nərmin Qocamanlı
AZAL Bakıdan Sofiyaya bilet satışına başlayıb

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 7-dən etibarən Bakıdan Sofiya şəhərinə və əks istiqamətdə həftədə iki dəfə uçuş yerinə yetirəcək. Aviaşirkət artıq bu marşrut üzrə bilet satışına başlayıb.

AZAL-dan "Operativ Media"ya bildirilib ki, uçuşlar çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Bolqarıstanın paytaxtı və ən böyük şəhəri olan Sofiya zəngin tarixi və mədəni görməli yerləri ilə səyahətçilərin diqqətini cəlb edir.

Aviabiletləri rəsmi azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər