Menyu

Neftçalada əməliyyatlar keçirilib

Nərmin Qocamanlı
Neftçalada əməliyyatlar keçirilib

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 7 nəfər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, həmin şəxslərdən 8 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə - heroin, tiryək, metamfetamin və marixuana götürülüb.


Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışı ilə məşğul olan iki nəfər də müəyyən edilib.


Həmçinin, qeyd edilən müddət ərzində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 1-i yivli olmaqla 14 odlu silah aşkar olunub.


Faktlarla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər