Abşeron rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb
Nərmin Qocamanlı
"Nexia" markalı, 75-BA-227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin Qasımov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü R.Qasımov 15 sutka inzibati qaydada həbs edilib və 500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, sürücü avtomobili sürücülük hüququ olmadan idarə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net