Menyu

Vəliyyədin İsmayılov vəfat edib

Redaksiya
Vəliyyədin İsmayılov vəfat edib

 

Kəlbəcər rayonunun tanınmış ziyalısı Vəliyəddin İsmayılov vəfat edib.

"Operativ Media" xəbər verir ki, sabiq deputat 81 yaşında dünyasını dəyişib.

O, bu gün Mehdiabad qəbirstanlığında dəfn olunacaq.

Qeyd edək ki, Vəliyyədin İsmayılov 1943-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Moz-Qaraçanlı kəndində anadan olub.

O, Kəlbəcər rayonunun ictimai-siyasi həyatında fəal iştirak edib. 1969-1975-ci illərdə Respublika Komsomol Mərkəzi Komitəsinin üzvü, 1978-1989-cu illərdə Kəlbəcər Rayon Partiya Komitəsinin büro üzvü, 1969-1989-cu illərdə Rayon Sovetinin deputatı olub.

"Əmək igidliyi", "Əməkdə fərqlənmə" və V.İ.Leninin 100 illik "Yubiley medalı" ilə təltif olunmuş, "Əmək veteranı", "Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin "Fəal Komsomol işinə görə", SSRİ İttifaqının "Şərəfli əməyə görə", "Əməkdə fərqlənmə" döş nişanları ilə təltif edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər