Menyu

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Nərmin Qocamanlı
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
1 dəq oxu

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, aprelin 12-də saat 04 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov Mürsəl Əziz oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırma aparılır.

Əlaqəli Xəbərlər