Menyu

Ağdamda mina partlayışında xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər - YENİLƏNİB

Ağdamda mina partlayışında xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər - YENİLƏNİB

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

"Operativ Media" xəbər verir ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu Bərdə rayon Mərkəzi Xəstəxanasına, 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, hadisə bu gün keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə qeydə alınıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

***

15:04

Ağdam rayonunun Əliağalı kəndi ərazisində  mina hadisəsi baş verib.

Bu barədə "Operativ Media"ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Teqlər:

"A\u011fdamda mina partlay\u0131\u015f\u0131nda x\u0259sar\u0259t alan \u015f\u0259xsl\u0259r x\u0259st\u0259xanaya yerl\u0259\u015fdirilibl\u0259r - YEN\u0130L\u018fN\u0130B"

Fotogalereya

Əlaqəli Xəbərlər