Aprelin 11-də paytaxtın Səbail rayonu ərazisində yerləşən kafelərin birindən içərisində 530 manat, 2000 manat dəyərində üzük, bank kartı və sənədlər olan çantanın oğurlanması barədə rayon polis idarəsinin 39-cu Polis Bölməsinə məlumat daxil olub.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bölmə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq cinayəti ilə əlaqədar məhkum olunmuş Mahir Məmmədov müəyyən olunaraq saxlanılıb.