Bakıda bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Nərmin Qocamanlı
Hal-hazırda Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar Afiyəddin Cəlilov -Yusif Səfərov küçələri, Yusif Səfərov küçəsi-mərkəz istiqamətlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə "Operativ Media"ya NİİM-dən məlumat verilib.
Bildirilib ki, nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq. Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net