Yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb
Nərmin Qocamanlı
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.
"Operativ Media" Mərkəzi Banka istinadən xəbər verir ki, tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub
Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
Teqlər:
"Yenil\u0259nmi\u015f 1 q\u0259piklik metal pul ni\u015fanlar\u0131 t\u0259dav\u00fcl\u0259 burax\u0131l\u0131b"