Menyu

Sabirabadda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Əziz Əzizli
Sabirabadda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən Nahid Quliyev və Vüsal Şıxəliyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı onların 6 təsərrüfatdan 37 baş iri və xırdabuynuzlu heyvan oğurladıqları müəyyən edilib.

Bundan əlavə, onların Kürdəmir və Hacıqabul rayonları ərazisində də analoji faktlar törətdikləri məlum olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə rayonun Yastıqobu kənd sakini Habil Abuşov və oğlu Ramin saxlanılıblar. Onların yaşadığı evdən 27 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolu götürülüb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər