Menyu

Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Nərmin Qocamanlı
Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, paytaxtın Binəqədi, Suraxanı, Sabunçu və Xəzər rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar mayın 21-də saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə DSK yolu, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonu üzrə MİDA yaşayış kompleksinin, Xəzər rayonu üzrə Kənd Buzovna adlanan ərazinin və Buzovna qəsəbəsinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsi, Subtropik Sovxozu adlanan ərazinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər