http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Şagirdlər üçün yay düşərgəsinin qiymətləri neçəyədir?

21 May 2024 , 18:12
Şagirdlər üçün yay düşərgəsinin qiymətləri neçəyədir?

“1 həftəlik proqramın ödənişi 750 manat, 2 həftəlik isə 1300-1400 manat arası təşkil edir. Yay düşərgələrinə qeydiyyat artıq başlayıb”.

Bunu “Operativ Media”ya açıqlamasında tədris mərkəzinin rəhbəri Xəyyam Dəmirov deyib.

Xəyyam Dəmirovun sözlərinə görə, hazırda ancaq özəl məktəblərin və ya təhsil kurslarının təşkil etdiyi yay düşərgələri var:

"Düşərgəmizdə idman – üzgüçülük, futbol, voleybol, şahmat da var. Bizim uşaqlara proqram qoyulub. Səhər tezdən həftənin hansı günləri, hansı əyləncə növlərindən istifadə edəcəklər bunlar qeyd olunur. Amma ingilis dili dərsi düşərgədə intensiv olur, çünki hər gün ən azı 3 saat ingilis dili dərsi keçirilir və proqram elədir ki, hər kəs bir-biri ilə ingiliscə danışmalıdır. Daha sonra şəhərin özünə gəzintilərdir, hansı bölgəyə aparılsa, o bölgənin mədəni mərkəzləri var. Bunu hər il biz dəyişirik ki, tələbələrimizi fərqli-fərqli bölgələrimizə aparaq və tanış edək”.

Xəyyam Dəmirovun sözlərinə görə, düşərgə bir-iki həftəlik və ya aylıq təklif olunur. Proqrama idman fəaliyyətləri və ekskursiyalarla yanaşı nəqliyyat, düşərgənin təşkil olunduğu kompleksin nəzdindəki koteclərdə qalmaq, gündə 3 dəfə qidalanma, hər gün 3 saat riyaziyyat və ingilis dili dərsləri daxildir. 1 həftəlik proqramın ödənişi 750 manat, 2 həftəlik isə 1300-1400 manat arası təşkil edir:

"Minimum iki həftəlik məbləğ başa gəlir təxminən 1300-1400 manata. Bir aylıq da olanda təxminən gəlib çıxacaq 2200-2300 manata. Böyük Britaniyadan misal gətirsək, hesablasaq, orda bunun dəyəri 4 həftəsi təxminən 3200-3330 funtdur. Heç bu şəraitdə də deyil, bundan daha aşağı səviyyədə olur. Bu da bizim pulla edir təxminən 6400-6500 manat. Yay düşərgələri birgə fəaliyyət zamanı ünsiyyətin inkişafı və valideynlərin əhatəsində olmadan özgüvən formalaşdırma baxımından uşaqlar üçün xüsusi əhəmiyyət kəsb edir. Orda biz qrupları müəyyənləşdirəndə yaş həddinə baxırıq, bir də ingilis dili dərslərinə görə ingilis dili səviyyələrinə baxırıq. İdman fəaliyyətlərində yaş həddinə görə bölünür, amma ingilis dili dərslərində ingilis dili səviyyələrinə görə bölünür. Daha sonra, uşaqlar qalanda heç biri tək qalmırlar. Hər 4 nəfərə 1 tərbiyəçi qoyulur. Bunlar harada qalacaqlarsa, heç bir yerdə tək qalmırlar. Daimi olaraq nəzarətdə olurlar”.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu