Menyu

Sosial Müdafiə Fondu Gəncədə ictimai dinləmə keçirib

Nərmin Qocamanlı
Sosial Müdafiə Fondu Gəncədə ictimai dinləmə keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu regionlarda ictimai dinləmələr keçirməkdə davam edir. Fond tərəfindən bu dəfə Gəncə şəhərində ictimai dinləmə təşkil olunub. 

"Operativ Media" quruma istinadən xəbər verir ki, Gəncə və Göygöldən olan ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətləri, xüsusi ilə pensiya və sosial müavinətlərin təyin olunmasında tətbiq edilən yeniliklər, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib. 

Fondun nümayəndələri pensiya və sosial müavinətlər, eləcə də əlilliyi müəyyən edilmiş şəxslərə təyin olunan Prezident təqaüdü ilə bağlı təqdimatlarla çıxış ediblər. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi də ətraflı izah olunub. 

Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər