Bakı-Qəbələ-Bakı qatarları həftə sonları hər iki istiqamətdə hərəkət edəcək
Nərmin Qocamanlı
25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə ADY qatarları həftə sonları hər iki istiqamətdə hərəkət edəcək. Belə ki, həftənin şənbə və bazar günləri qatar saat 07:30-da Bakı Dəmiryol Vağzalından, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından yola düşəcək.
"Operativ Media" xəbər verir ki, ADY həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarlar təyin edir. 25 may tarixində saat 09:15-də Bakı Dəmiryol Vağzalından, 26 may tarixində saat 15:00-da isə Ağstafadan sürət qatarı yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net