Menyu

Bakıda 230 metr uzunluğunda unikal piyada körpüsü inşa edilir

Nərmin Qocamanlı
Bakıda 230 metr uzunluğunda unikal piyada körpüsü inşa edilir

“Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində paytaxtın 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilir.

Bu barədə "Operativ Media"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Piyada körpüsünün uzunluğu 230 metr olmaqla bir aşırımlı layihələndirilib. Unikal körpü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə “asılacaq”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılan işlər keyfiyyətli tikinti və dizayn materiallardan istifadə olunaraq icra edilir.

Körpünün layihələndirməsi yerli mühəndislərlə yanaşı, Almaniyanın "Werner Sobek AG" şirkəti, memarlıq həlləri isə dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın "UN Studio" şirkəti tərəfindən işlənilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər