Menyu

FHN: Nöqsanlarla əlaqədar daha bir klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Nərmin Qocamanlı
FHN: Nöqsanlarla əlaqədar daha bir klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən "Operativ Media"ya verilən məlumata görə, keçirilən nəzarət tədbirləri çərçivəsində Gəncə şəhərindəki “İntermedservis” Məhdud Məsuliyyətli Cəmiyyətində ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı ilə əlaqədar 2023-cü ildə aparılmış yoxlama zamanı aşkarlanmış nöqsanların aradan qaldırılmadığı müəyyənləşdirilib.

Bununla əlaqədar qanunvericiliyin tələbinə uyğun olaraq, agentlik tərəfindən “İntermedservis” MMC-də rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər