Menyu

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb

Nərmin Qocamanlı
Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb

Daşkəsən rayon Bayan kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2020-2021 və 2023-2024-cü tədris illərində işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər yollarla 20 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə  cinayət işi başlanaraq istintaq aparılır.

Teqlər:

"T\u0259hsil m\u00fc\u0259ssis\u0259sind\u0259 ba\u015f ver\u0259n qanunsuzluqlarla ba\u011fl\u0131 cinay\u0259t i\u015fi ba\u015flan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər