Menyu

Elm və təhsil nazirinin müavini Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Nərmin Qocamanlı
Elm və təhsil nazirinin müavini Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Mayın 22-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Sumqayıtda vətəndaşları qəbul edib. 

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 

Sumqayıt şəhər sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar daha çox müəllimlərin yerdəyişməsi və işlə təmin olunma məsələləri ilə bağlı müraciətlər ünvanlayıblar. 

Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər