Yay mövsümündə hansı məhsulların qiymətində dəyişiklik gözlənilir?

Nərmin Qocamanlı
Yay mövsümündə hansı məhsulların qiymətində dəyişiklik gözlənilir?

Vətəndaşların çoxu hər mövsüm dəyişikliyi baş verdikdə bunun müxtəlif növ məhsul və xidmətlərin də qiymətinə təsir etdiyi fikrindədirlər. Hazırda yeni sezonun başlamasına az qalmış bir vaxtda yenə də insanları həmin sual düşündürür:

Yay mövsümündə hansı məhsul və xidmətlərin qiyməti bahalaşacaq?

Bu barədə iqtisadçı ekspert Elşad Məmmədov "Operativ Media"ya açıqlamasında deyib ki, yay mövsümünda bir sıra istehlak malları və xidmətlərinin qiymətinin enməsinin şahidi ola bilərik:

"Çünki bu, ənənə halını almaqdadır. Məhsulların bolluğu, təklifin çoxluğu, qiymətlərin enməsinə şərait yaradır. Amma eyni zamanda yerli istehsalı olmayan məhsullarda bahalaşma ola bilər. Həmçinin əgər həmin yerli istehsal olunmuş məhsullar ixrac yönümlüdürsə və yaxud xaricdən ölkəyə idxal olunursa, onların qiymətində artım müşahidə oluna bilər. Çünki dünya iqtisadiyyatında yaxın aylarda növbəti qiymət artımı dalğası ola bilər ki, ölkənin iqtisadiyyatının idxaldan asılılığı şəraitində bunun daxili bazara təsirlərini gözləmək mümkündür. Ona görə də hesab edirəm ki, əsas çıxış yolu kimi bu vəziyyətdən yerli istehsalın stimullaşdırılması, yerli məhsulların istehsalının çoxalması və daxili bazara istiqamətlənməsindən ibarət olmalıdır. Eyni zamanda, antiinhisar siyasətinə cavabdeh olan qurumların effektiv şəkildə fəaliyyət göstərməsi və inhisarçılıq meylləri nəticəsində qiymət artımının qarşısının alınması zəruridir. Çünki yayda tələb sahəsi də genişlənir. Tələbin genişlənməsi şəraitində bir çox hallarda, təəssüflər olsun ki, inhisarçı qurumların qiymət artımına meyl göstərməsi baş verir. Bu da istehlakçıların sosial vəziyyətinə öz təsirlərini göstərir".

Sevinc İbrahimzadə

 

.

Digər xəbərlər