23 May 2024, 14:30
Qarabağ Universitetində qiyabi təhsil olacaq?

Yeni tədris ilində Qarabağ Universitetində ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə qəbul aparılacaq.
Bəs universitetdə qiyabi və ya ikinci təhsil almaq mümkün olacaq?
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlərlə və müraciətlərlə iş sektorunun müdiri Pərviz Əliyev "Operativ Media"ya açıqlamasında bildirib ki, Qarabağ Universitetinə tələbə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanının nəticələrinə əsasən, yalnız əyani təhsilalma forması üzrə tədrisin aparılması nəzərdə tutulub. 2024/2025-ci tədris ilində əlavə təhsilin hər hansı istiqaməti üzrə tələbə qəbulunun aparılması nəzərdə tutulmayıb.
Sevinc İbrahimzadə