Azərbaycanda əcnəbilər daha çox hansı sahələrdə çalışırlar?
Nərmin Qocamanlı
“Azərbaycan ərazisinə gələn əcnəbilərin sayında 2023-cü ilin ilk dörd ayı ilə müqayisədə 38.8% artım qeydə alınıb”.
Bu barədə “Operativ Media”nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildiriblər.
Xidmətdən verilən məlumata görə, Azərbaycan ərazisinə gələn əcnəbilərin sayı son illərdə davamlı artmaqdadır:
“2022-ci ildə ölkəyə səfər edən əcnəbilərin sayında 2021-ci illə müqayisədə 2 dəfə, 2023-cü ildə 2022-ci illə müqayisədə 30.2%, 2024-cü ilin ilk dörd ayında (yanvar-aprel) 2023-cü ilin ilk dörd ayı ilə müqayisədə 38.8% artım qeydə alınıb".
"2024-cü ildə işəgötürənlər tərəfindən tikinti, mədənçıxarma və emal sənayesi, həmçinin digər iqtisadi fəaliyyət növləri üzrə əcnəbilərə iş icazələrinin alınması üçün müraciətlər daxil olub", - məlumatda qeyd olunub.
Teqlər:
"Az\u0259rbaycanda \u0259cn\u0259bil\u0259r daha \u00e7ox hans\u0131 sah\u0259l\u0259rd\u0259 \u00e7al\u0131\u015f\u0131rlar?"