Menyu

Koroğlu metrosu yaxınlığında texniki nasaz yük avtomobili yolda qalıb, sıxlıq yaranıb

Nərmin Qocamanlı
Koroğlu metrosu yaxınlığında texniki nasaz yük avtomobili yolda qalıb, sıxlıq yaranıb
1 dəq oxu

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məhz bu səbəbdən Həsən bəy Zərdabi küçəsi, Mətbuat prospekti-“Qələbə” dairəsi, eləcə də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.

Mərkəzinin əməkdaşları tərəfindən aidiyyəti üzrə məlumat verilib, yük avtomobilinin yoldan kənarlaşdırılması və sıxlığın qarşısının alınması istiqamətində işlər görülür.

Əlaqəli Xəbərlər