Menyu

Şəkidə xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb

Əziz Əzizli
Şəkidə xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Qoxmuq, İnçə və Köndələn kəndlərində sakinlərə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub.

Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluqları törədən Elmin Qasımov, İzzət Sarızadə və Fazil Qasımov saxlanılıb.

Onların paytaxtdan Şəkiyə gələrək otlaq sahələrindən ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 21 baş xırdabuynuzlu heyvanı oğurladıqları və icarəyə götürdükləri avtomobillə Bakı şəhəri, eləcə də Zaqatala rayonuna apararaq orada satdıqları məlum olub.

Araşdırmalarla saxlanılan şəxslərin Ağsu, Göyçay, Zaqatala və Balakən rayonlarında da analoji üsulla daha 11 baş heyvan oğurladıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər