Menyu

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Nərmin Qocamanlı
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
1 dəq oxu

Mayın 23-də saat 21 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Rza Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Operativ  Media" xəbər verir ki, bu barədə Göyçay rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mehdi Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rza Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mehdi Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Əlaqəli Xəbərlər