Menyu

Bu gün Yasamalda qaz olmayacaq

Nərmin Qocamanlı
Bu gün Yasamalda qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunun qaz təchizatında fasilə yaranacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, mayın 24-də saat 10:00-dan Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 41/47 ünvanında qaz xəttində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Kazım Kazımzadə və Ələsgər Ələkbərov küçələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər