17 Fevral 2025, 17:35
Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib
Azərbaycan 13 illik fasilədən sonra Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib.
Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib şəkil
Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib

Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, artıq bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.

"Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir.

Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcəkdir", - məlumatda qeyd olunub.

Son xəbərlər
Bazar günü II və III ixtisas qrupları üzrə keçiriləcək
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi
İsrailin Azərbaycandakı səfirliyində bayraq yarıya endirilib
ADY-də yeni təyinat olub
Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb
Nazir: Ermənistanın Aİİ-dən çıxması gündəmdə deyil
MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasına yeni sədr seçilib
Azərbaycan və Türkiyə Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib