Menyu

Badalyan: Ermənistanın prinspial mövqeyi dəyişməyib

Əsəd Abbaslı
Badalyan: Ermənistanın prinspial mövqeyi dəyişməyib

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər qısa müddətdə imzalanması mövcud sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hələ 13 martda saziş mətninin razılaşdırıldığı elan edilərkən, Ermənistan tərəfi sənədin tezliklə imzalanmasına hazır olduğunu bəyan edib. Bu mövqe 8 avqustda sazişin paraflanması ilə də təsdiqlənib və beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstək qazanıb.

Ani Badalyan vurğulayıb ki, Ermənistanın prinspial mövqeyi dəyişməyib: “Sazişin qısa zamanda imzalanması mövcud sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər