Menyu

Polşa prezidenti NATO qüvvələrinin ölkədə yerləşdirilməsinə razılıq verib

Əsəd Abbaslı
Polşa prezidenti NATO qüvvələrinin ölkədə yerləşdirilməsinə razılıq verib

Polşa prezidenti Karol Navrocki NATO-ya üzv dövlətlərin qoşunlarının ölkəyə yerləşdirilməsinə razılıq verən qətnamə imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə “İnterfaks” Polşa Milli Təhlükəsizlik Bürosuna istinadən məlumat yayıb.

Hesabatda qeyd olunur ki, Şimali Atlantika Alyansına üzv dövlətlərin hərbi qulluqçuları "Şərq keşikçiləri" əməliyyatı çərçivəsində Polşaya gələcəklər.

“Prezidentin fərmanı məxfidir”, - bəyanatda vurğulanır.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Polşaya 20-yə yaxın pilotsuz uçüş aparatı düşüb. Baş nazir Donald Tusk buna görə Moskvanı ittiham edib. Rusiya tərəfi bunu təkzib edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər