ABŞ, Cənubi Koreya və Yaponiya birgə hərbi təlimlərə başlayır
Şəfa Hüseynli
ABŞ, Cənubi Koreya və Yaponiya sentyabrın 15-də Jeju adasının yaxınlığında “Freedom Edge” adlı birgə hərbi təlimlərə başlayıb .
Operativ Media xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.
Bildirilib ki, təlimlər Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı hərbi hazırlığı artırmaq və üç ölkə arasında dəniz, hava və kiberməkanda əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Planlaşdırılan təlimlərə ballistik raketdən müdafiə, hava hücumundan müdafiə, tibbi təxliyə və dəniz əməliyyatları daxildir. Komandanlıq bunun indiyədək həyata keçirilən ən qabaqcıl üçtərəfli hərbi əməkdaşlıq olacağı gözlənilir. Təlimlərin sentyabrın 20-dək davam etməsi planlaşdırılır.
Şəfa Hüseynli
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net