Menyu

Ağ Ev: Bütün resurslarımızı radikal solçularla mübarizəyə sərf edəcəyik

Əsəd Abbaslı
Ağ Ev: Bütün resurslarımızı radikal solçularla mübarizəyə sərf edəcəyik

Amerika hakimiyyət orqanları radikallığı və zorakılığı təbliğ edən sol təmayüllü təşkilatlara qarşı bütün mövcud resurslardan istifadə etmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bunu Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller deyib.

Onun sözlərinə görə, sentyabrın 10-da öldürülən siyasi fəal Çarli Kirkin qətli ölkədə zorakılığı təbliğ edən solçu təşkilatlara qarşı mütəşəkkil strategiyanı zəruri edir: "Biz bütün qəzəbimizi bu qətlə səbəb olan terror şəbəkələrinin məhvinə və ləğvinə yönəldəcəyik".

31 yaşlı Kirk sentyabrın 10-da Yuta ştatının Orem şəhərindəki universitetdə çıxış edərkən güllələnib. O, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Mühafizəkar fəal ABŞ prezidenti Donald Trampın tərəfdarı olub. Bundan əlavə, Kirk dəfələrlə Amerikanın Ukraynaya hərbi yardımının əleyhinə çıxış edib.

Qətldə şübhəli bilinən 22 yaşlı Yuta sakini Tayler Ceyms Robinson sentyabrın 11-i axşam saatlarında həbs edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər