Qazaxıstanda məcburi nikah 2 ildən 10 ilə qədər həbslə nəticələnə bilər
Nərmin Qocamanlı
Qazaxıstanda qız qaçırtma və məcburi nikaha görə cinayət məsuliyyətini nəzərdə tutan qanunvericiliyə düzəlişlər qüvvəyə minib.
Operativ Media xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Cinayət Məcəlləsinə yeni 125-1 "Məcburi nikah" maddəsi daxil edilib. Hazırda bu əməl cinayət əməli kimi tanınır. Məcburi nikaha görə cərimə, islah işləri və ya ictimai işlər, məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulur", - məlumatda deyilir.
Qeyd olunub ki, məcburi nikah 2 ildən 10 ilə qədər həbslə nəticələnə bilər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net