Azərbaycan İsrailin “Tamar” qaz layihəsinə 500 milyon dollardan çox sərmayə yatırıb
Əsəd Abbaslı
Azərbaycan İsrailin “Tamar” qaz layihəsinə 500 milyon dollardan artıq investisiya qoyub.
Operativ Media xəbər verir ki, layihə çərçivəsində Amerikanın enerji nəhəngi Chevron 610 milyon dollarlıq müqavilə imzalayıb.
Razılaşmaya əsasən, “Leviafan” yatağı yaxınlığında İsrail qazının Misirə ixracını təmin edəcək 65 kilometrlik boru kəməri tikiləcək.
Qeyd edək ki, bu ilin ilk 6 ayında Azərbaycan xarici iqtisadiyyata 1,349 milyard dollarlıq birbaşa investisiya yatırıb. Azərbaycandan xaricə birbaşa investisiyalarda ilk beşlikdə İsrail (543 milyon dollar), Türkiyə (177 milyon dollar), BƏƏ (156 milyon dollar), ABŞ (78 milyon dollar) və Gürcüstan (77 milyon dollar) qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net