Menyu

Venesuela Prezidenti: “ABŞ ölkəmizin təbii sərvətlərini ələ keçirmək istəyir”

Əziz Əzizli
Venesuela Prezidenti: “ABŞ ölkəmizin təbii sərvətlərini ələ keçirmək istəyir”

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ni Bolivar Respublikasında kukla rejim qurmaqla onun təbii sərvətlərinə sahib çıxmağa çalışmaqda ittiham edib.

Operativ Media-nın məlumatına görə, dövlət başçısının çıxışı "Venezolana de Televisión" telekanalında yayımlanıb.

"Venesuelada rejimi dəyişmək, Amerika Birləşmiş Ştatlarının kukla hökumətini qurmaq və dünyanın ən böyük neft , dördüncü qaz və birinci qızıl ehtiyatlarını oğurlamaq üçün imperiya planı hazırlanıb", - deyə Maduro bildirib.

O qeyd edib ki, bu məqsədlə ABŞ Karib dənizində hərbi gəmilər, atom sualtı qayığı cəmləşdirib və Venesuelaya qarşı yalan ittihamlar irəli sürür. Prezident vurğulayıb ki, BMT, Avropa İttifaqı, Ümumdünya Gömrük Təşkilatı və ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi artıq Venesuelanın narkotrafiklə bağlı ittihamlarını təkzib edib.

Venesuela lideri qeyd edib ki, hətta ABŞ-də heç kim özü və Venesuela haqqında deyilən yalanlara inanmır. Prezident bildirib ki, Vaşinqton qarşısına qoyduğu məqsədə nail olmayacaq və Venesuela "müstəqil, azad və sülhsevər ölkə" olaraq qalacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər