Menyu

Parklanma yerini zəbt edən obyekt sahibini hansı məsuliyyət gözləyir?

Ayşən Sadıxzadə
Parklanma yerini zəbt edən obyekt sahibini hansı məsuliyyət gözləyir?

Bakıda pulsuz parklanma üçün ayrılmış yerlərdə obyektlərin, mağazaların qarşısında kənar şəxslərin avtomobil saxlamaması üçün maneələr qoyulur. 

Bəs obyekt sahibinin belə bir hüququ varmı?

Hüquqşünas Şamil Paşayev Operativ Media-ya bildirib ki, əgər avtomobil saxlanılan ərazi obyekt sahibinin özəl mülkiyyətidirsə və bu, mülkiyyət çıxarışı ilə təsdiqlənibsə, həmin şəxs ərazidən istifadə qaydalarını müəyyən etmək hüququna malikdir:

“Bu halda obyekt sahibinin avtomobillərin orada saxlanmasına icazə verməyə də, verməməyə də haqqı var. Çünki söhbət onun şəxsi mülkiyyətindən gedir.

Lakin ərazi dövlətə və ya bələdiyyəyə məxsusdursa, yaxud rəsmi parkinq zonasıdırsa, heç bir fiziki və ya hüquqi şəxs avtomobil saxlanmasına qadağa qoya bilməz. Belə hallarda vətəndaşların avtomobilini saxlaması qanunidir və buna görə heç bir cəza və ya məhdudiyyət tətbiq edilə bilməz.

Əksinə, mülkiyyət hüququ olmayan şəxsin yolun bağlanması, avtomobillərin saxlanılmasına maneə yaratması və ya əraziyə süni məhdudiyyətlər qoyması qanun pozuntusu sayılır. Bu cür hallar inzibati məsuliyyətə, bəzi hallarda isə daha ciddi hüquqi məsuliyyətə səbəb ola bilər".


Əlaqəli Xəbərlər