Menyu

Azərbaycanda ötən il 7 minə yaxın əmək qanunvericiliyi pozuntusu aşkar edilib

Şəfa Hüseynli
Azərbaycanda ötən il 7 minə yaxın əmək qanunvericiliyi pozuntusu aşkar edilib

Ötən il Azərbaycanda 6897 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib.

Operativ Media xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda 6897 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib, fiziki, vəzifəli və hüquqi şəxslər barəsində 10 milyon 622,550 min AZN məbləğində inzibati cərimə tətbiq edilib..

Dövlət Xidmətinin rəisi həmçinin bildirib ki, əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub.

"Elektron əmək müqavilələrinin payı 96,23 faizə çatıb və 2025-ci ilin sonuna onların sayı 1,8 milyonu ötüb".

Əlaqəli Xəbərlər