Menyu

Ötən il istehsalatda 75 nəfər ölüb, 588 nəfər yaralanıb

Şəfa Hüseynli
Ötən il istehsalatda 75 nəfər ölüb, 588 nəfər yaralanıb

Ötən il ölkədə istehsalat sahəsində baş verən bədbəxt hadisələrin statistikası açıqlanıb.

Operativ Media xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, 2025-ci ildə 610 bədbəxt hadisə qeydə alınıb. Bu hadisələr nəticəsində 75 nəfər həyatını itirib, 588 nəfər isə xəsarət alıb.

Ən riskli sahələr olaraq emal, tikinti və kənd təsərrüfatı sahələri göstərilib.

V.Quliyev vurğulayıb ki, bu cür hadisələrin sayını azaltmaq Dövlət Əmək Müfəttişliyi Xidmətinin əsas prioritetlərindən biridir:

"Bu məqsədlə qurum əməyin mühafizəsi sahəsində profilaktik tədbirləri gücləndirməyi, həmçinin "Vision Zero" (Sıfır Gözlənti) prinsiplərinə əsaslanan təhlükəsiz əmək mədəniyyətini təşviq etməyi davam etdirəcək", - o, qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər