Menyu

“Qobu Park” yaşayış kompleksində yanğın baş verib

Operativ Media
“Qobu Park” yaşayış kompleksində yanğın baş verib

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

Operativ Media-ya bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 70kv.m olan üçotaqlı mənzilin mətbəx mebelinin 3p.m hissəsi, soyuducu və paltaryuyan maşın qismən yanıb.

Mənzil yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Əlaqəli Xəbərlər