Menyu

2026-cı ilin qeyri-iş günləri

Operativ Media
2026-cı ilin qeyri-iş günləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Qərara əsasən, Azərbaycanda 2026-cı ildə qeyri-iş günləri, bayram və istirahət günləri müəyyən olunub.

Operativ Media xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli, 362 nömrəli Qərarına əsasən, 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir.

Azərbaycanda 2026-cı ilin rəsmi qeyri-iş günləri

1, 2 yanvar – Yeni il bayramı

20 Yanvar – Ümumxalq Hüzn Günü

8 Mart – Beynəlxalq Qadınlar Günü

20, 21, 22, 23, 24 mart – Novruz bayramı

20, 21 mart – Ramazan bayramı

9 May – Faşizm üzərində Qələbə günü

27, 28 may – Qurban bayramı

28 May – Müstəqillik Günü

15 İyun – Milli Qurtuluş Günü

26 İyun – Silahlı Qüvvələr Günü

8 Noyabr – Zəfər Günü

9 Noyabr – Dövlət Bayrağı Günü

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

2026-cı ildə əlavə istirahət günləri

Nazirlər Kabinetinin qərarına əsasən:

  • Beşgünlük iş həftəsində:
  • 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri istirahət günləridir.
  • Altıgünlük iş həftəsində:
  • 25, 26 mart, 29 may və 10 noyabr istirahət günü hesab edilir.

2026-cı il üzrə iş günlərinin sayı

2026-cı il 365 təqvim günündən ibarətdir

Fevral ayı 28 gündür

Beşgünlük iş həftəsində:

241 iş günü

107 istirahət günü

19 rəsmi bayram günü

1 Ümumxalq Hüzn Günü

Azərbaycanda 2026-cı il üçün iş vaxtı norması

Azərbaycanda gündəlik normal iş vaxtı 8 saatdan, həftəlik normal iş vaxtı isə 40 saatdan artıq ola bilməz.

Qanunvericiliyə uyğun olaraq:

2026-cı ildə illik iş vaxtı norması – 1922 saat

Bayramqabağı və Ümumxalq Hüzn Günü ərəfəsində iş vaxtı 1 saat qısaldılır

Altıgünlük iş həftəsi olan müəssisələrdə də 1922 saatlıq illik norma tətbiq edilir

Əlaqəli Xəbərlər