Menyu

Azərbaycanda internet provayderi cərimələnib

Operativ Media
Azərbaycanda internet provayderi cərimələnib

Qanunverciliklə müəyyən edilən müddətdə uçota durmayan internet provayderi "Classnet" MMC 1 500 manat cərimələnib.

Operativ Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.

Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən internet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində uçota durmalı olduğu halda "Classnet"in bu tələbi vaxtında yerinə yetirmədiyi müəyyən olunub. Bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Cəmiyyət barəsində inzibati cərimə tətbiq olunub.

Agentlik operator və provayderləri uçota durma qaydalarına riayət etməyə çağırıb.

Əlaqəli Xəbərlər